Cənubi Koreyada qadınların ən irimiqyaslı mitinqi keçirilib
Cənubi Koreyada seksual xarakterli cinayətlərin araşdırılması zamanı qadınlara qoyulan ayrıseçkiliyə görə, Seulun mərkəzi rayonlarından birində qadınların üçüncü mitinqi keçirilib. Mitinqdə 18 min nəfər iştirak edib.
8 İyul 2018 10:20 DünyaCənubi Koreyada seksual xarakterli cinayətlərin araşdırılması zamanı qadınlara qoyulan ayrıseçkiliyə görə, Seulun mərkəzi rayonlarından birində qadınların üçüncü mitinqi keçirilib. Mitinqdə 18 min nəfər iştirak edib.
Bu barədə "Renhop" agentliyi məlumat yayıb.
Daha əvvəl Seul polisi "Womad" saytı ilə bağlı araşdırmalara başlayıb. Saytda bir neçə universitetdə kişilər üçün ayaqyolunda çəkilmiş gizli kameraların videoları, eləcə də kişilərin fotoları yer alıb.
Bununla əlaqədar olaraq Seulda iki irimiqyaslı aksiya keçirilib. Mitinq iştirakçıları bəyan ediblər ki, əgər hadisə qurbanı qadındırsa, polis lazımi qaydada araşdırma aparmır.