Pxenyandan ABŞ-a soyuq duş: “Peşman olduq"

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Maykl Pompeonun da qatıldığı nüvə danışıqları ilə əlaqədar sərt bir bəyanat verib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfinin mövqeyinə görə məyusluğunu ifadə edib. “ABŞ-ın iki tərəf üçün də güvən yaradacaq təkliflərlə gəlməsini gözləyirdik. ABŞ-ın davranışı bizdə peşmançılıq yaratdı”, - nazirliyin bəyanatında deyilir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Maykl Pompeonun da qatıldığı nüvə danışıqları ilə əlaqədar sərt bir bəyanat verib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfinin mövqeyinə görə məyusluğunu ifadə edib.

"ABŞ-ın iki tərəf üçün də güvən yaradacaq təkliflərlə gəlməsini gözləyirdik. ABŞ-ın davranışı bizdə peşmançılıq yaratdı", - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

D iplomatik mənbələrə istinadən "Kiodo" agentliyinin yazdığına görə, Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

Ötən gün ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya səfər edib.

Səfər çərçivəsində M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşüb. Məlumata əsasən, Vaşinqton və Pxenyan iki ölkə arasında işçi qrupların yaradılması barədə razılığa gəliblər. Qeyd olunur ki, məsləhətləşmələr zamanı M.Pompeo ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb.

Bu, ABŞ dövlət katibinin Pxenyana sayca üçüncü səfəri idi.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31