Mesut Özildən sevgilisinə 15 milyonluq toy hədiyyəsi

İngiltərə liqasında forma geyən futbolçu Mesut  Özilin sevgilisi Amine Gülşe üçün İstanbuldan 15 milyon TL-yə ev aldığı iddia edilir.

"Olaylar"  Türkiyə mediasına istinadən xəbər verir ki, evləndikdən sonra daha çox Londonda yaşayacaqlarını deyən Özil və aktrisa Amine Gülşe İstanbula gəldikləri zaman dəyəri təxminən 15 milyon TL olan bu villada qalacaqlar.

Özilin sevgilisinin çəkilişləri olduğu zamanlarda rahat ola bilməsi və təhlükəsizlik səbəbilə bu evi seçdiyi öyrənildi. Beləliklə, cütlük Arda Turan, Şahan Gökbakar və Engin Altan Düzyatanla da qonşu olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31