İranda İŞİD-in 8 üzvü edam olunub
7 İyul 2018 11:19 Dünyaİran hakimiyyəti 2017-ci ildə paytaxt Tehranda terror aktının təşkilində iştirak edən 8 İŞİD silahlısını edam edib.
Xatırladaq ki, qadın geyimində 4 nəfərdən ibarət qrup 2017-ci il iyunun 7-də İran parlamentinin binasında atəş açıb, sonra hücum edənlərdən biri özünü partladıb. Hücuma həmçinin imam Xomeyninin mavzoleyi məruz qalıb. Belə ki, hücum edən qadınlardan biri partlayıcı kəmərini işə salıb. Terror aktları nəticəsində 20-ə yaxın adam həlak olub, onlarla insan yaralanıb.
İran İnqilab Məhkəməsi bu il mayın 13-də hücumlarla əlaqəli olan 8 İŞİD silahlısı barədə ölüm hökmü çıxarıb. İran Ali Məhkəməsi iyunun 11-də ölüm hökmünü təsdiqləyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31