Makedoniyanın bitmək bilməyən "ad davası"

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Yunanıstan Baş naziri Aleksis Çipras Makedoniyanın ad dəyişdirməsi ilə bağlı əldə edilən razılığı müzakirə edib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Yunanıstan Baş naziri Aleksis Çipras Makedoniyanın ad dəyişdirməsi ilə bağlı əldə edilən razılığı müzakirə edib.

"Olaylar" Axar.az -a istinadən xəbər verir ki, Pens Çiprası Makedoniyanı razılığa gətirmək üçün göstərdiyi səylərdən dolayı təbrik edib. Pens müqavilənin uzunmüddətli və uğurlu şəkildə həyata keçirilməsində ABŞ-ın yardımını da təklif edib. Daha sonra tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məsələsini gündəmə gətirib. Bundan başqa, Türkiyə-Yunanıstan əlaqələri və Türkiyənin regiondakı rolu da müzakirə edilib.

Qeyd edək ki, Makedoniyanın adının dəyişdirilərək, "Şimali Makedoniya" adlanması ilə onun NATO və AB-yə üzvlük müraciətinə Yunanıstan yaşıl işıq yandırmağa razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31