Ağ Ev qorxuda: Tramp bu əraziləri Putinə sata bilər
ABŞ Prezidenti Donald Trampın yaxın müşavirləri onun Vladimir Putinlə görüş zamanı Krım və Ukrayna məsələsində güzəştə gedəcəyindən qorxurlar. Bu barədə məlumatı “Vaşinqton Post” qəzeti yayıb.
7 İyul 2018 10:37 DünyaABŞ Prezidenti Donald Trampın yaxın müşavirləri onun Vladimir Putinlə görüş zamanı Krım və Ukrayna məsələsində güzəştə gedəcəyindən qorxurlar.
Bu barədə məlumatı "Vaşinqton Post" qəzeti yayıb.
"Trampın yaxınları düşünürlər ki, o, razılaşma xətrinə keçmişdəki məsələlərə göz yuma bilər. Məhz bu amil onun yaxınlarını qorxudur.
Digər qorxu isə Trampın NATO-ya münasibəti ilə bağlıdır. Bir müddət əvvəl Tramp öz ətrafına bəyan edib ki, ABŞ-ın Avropanın müdafiəsinə ayırdığı xərcləri azaltmaq istəyir. Məhz buna görə ABŞ rəhbərinin Ukrayna məsələsində güzəştlər edəcəyi gözlənilir", - qəzet bildirib.