“WhatsApp” pul mükafatı paylayacaq
Məşhur sosial platforma olan “WhatsApp” 50 min dollar qədər pul mükafatı paylamağa hazırlaşır.
6 İyul 2018 18:30 DünyaMəşhur sosial platforma olan "WhatsApp" 50 min dollar qədər pul mükafatı paylamağa hazırlaşır.
"Facebook"un bazasında yaradılan "WhatsApp" bu dəfə inteqrasiya etdiyi yeniliyi ilə deyil, start verdiyi mükafat proqramı ilə gündəmdədir.
1,5 milyard aktiv istifadəçisi olan mesajlaşma platforması sosial elmlər və yanlış məlumatlarla mübarizə etmək üçün bu addımı atıb.
Şirkət araşdırmaları təşviq etmək üçün 50 min dollar ayırıb.
Bu proqrama qatılmaq istəyənlər "WhatsApp" araşdırma qrupu tərəfindən təftiş ediləcək.
Onlar araşdırmalar üçün şirkətdə təmsil olunmayan mütəxəssislərin fikirlərinə əsaslanacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31