Qanunsuz gərgədan ovçuları aslanların ovuna çevrildi

Cənubi Afrika Respublikasında yerləşən Sibuya qoruğunda aslanlar azı 2 ovçunu öldürüb.

Cənubi Afrika Respublikasında yerləşən Sibuya qoruğunda aslanlar azı 2 ovçunu öldürüb.

Qeyri-qanuni gərgədan ovu ilə məşğul olan ovçuları aslanlar öldürüb, daha sonra isə yeyiblər. Sayları 3 olan ovçulardan 2-sinin qurbana çevrildiyi təxmin edilir. Ovçulara aid bir tüfəng və 1 balta tapılıb. Hadisə barədə qoruğun sahibi Nik Foks məlumat verib. 

Qeyd edək ki, Asiya ölkələrində gərgədan buynuzuna tələbatın yaranması bu canlıların qanunsuz ovlanmasını kütləvi hala çevirib. CAR-da son 10 ildə 7 mindən çox gərgədan qeyri-qanuni şəkildə öldürülüb.

Qaynarinfo 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31