Fələstinli lider azadlıqda

"1948 Fələstin İslam Hərəkatı"nın lideri Şeyx Raid Salah şərti azadlığa buraxılıb.

Salah qarşısında elektron biləklik, İsrailin şimalındakı Kafr Kannada məcburi iqamət, mediaya açıqlama verməmək şərtləri qoyulub. Hərəkat liderinin yaxın saatlarda azadlığa çıxacağı gözlənilir. Hökm isə 1 iyul tarixində çıxarılıb. 

Qeyd edək ki, Şeyx Raid Salah 2015-ci ildə həbs edilmiş, 9 ay sonra 2016-cı ilin yanvarında azadlığa buraxılmış, lakin 2017-ci ilin avqustunda yenidən tutulmuşdu.

"1948 Fələstin İslam Hərəkatı" Əl Əqsa məscidi və Şərqi Qüdsdəki fəaliyyətlərinə görə terror təşkilatı elan edilib.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31