Putinlə Tramp İranla bağlı qərar verəcək? – Kreml

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşündə İran qoşunlarının Suriyadan çıxarılması müzakirə edilməyəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Sözsüz ki, Suriya problemi fikir mübadiləsi üçün predmet olacaq. Bunu asanlıqla proqnozlaşdırmaq olar. Putin Suriya probleminin müzakirəsinə hazırdır. İran məsələsinə gəlincə isə iki ölkənin üçüncü ölkəni müzakirə edib, onun yerinə hansısa qərar qəbul etməsi real deyil. Ona görə də bu məlumatlar həqiqəti əks etdirmir", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31