İstirahət zonasında meşə yanır

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb. Yanğın 1 hektar ərazidə meşə massivini əhatə edir.

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb. Yanğın 1 hektar ərazidə meşə massivini əhatə edir.

Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Yanğının söndürülməsi üçün helikopterlər də cəlb olunub.

Qeyd edək ki, ötən gün Bodrumda meşə yanğını baş vermişdi. Yanğın axşam saatlarında canlı qüvvə və helikopterlərin hesabına söndürülmüşdü.

Bir neçə gün əvvəl isə İstanbulun meşə sahəsində güclü yanğın baş vermişdi.

Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizini meşə sahələri təşkil edir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31