Ərdoğan CHP-çilərə çağırış etdi: "Tələb edin!"
6 İyul 2018 14:05 DünyaCHP sayəsində separatçı qruplaşmanın müəyyən etdiyi şəxslər millət vəkili kimi parlamentdə yer alacaqlar.
"Olaylar" Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ölkəsini, millətini, cümhuriyyətini, dövlətini sevən hər CHP-çi vətəndaşımızı bu utanc partiyasının rəhbərliyindən hesabat tələb etməyə dəvət edirik", - Ərdoğan bildirib.
Xatırladaq ki, CHP-nin 24 iyun seçkilərində seçicilərinin bir hissəsini PKK-nın siyasi qanadı hesab olunan HDP-yə səs verməyə yönləndirməsi nəticəsində bu partiya baryeri keçməyi bacarmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31