Etirazçılar erməni katolikosunun iqamətgahına yürüyərək onun istefasını tələb edirlər

Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun Eçmiədzin monastırında yerləşən iqamətgahının kargüzarlığına basqın ediblər. 

Kargüzarlığın mətbuat xidmətinin rəhbəri Vaqram Melikyanın Facebook səhifəsində yazdığına görə, basqın edənlər ultimatum tələbləri ilə çıxış edir, təxribatçı hərəkətlər edirlər. Onlar bu qəbuledilməz hərəkətləri dayandırmaq çağırışlarına məhəl qoymurlar.

Katolikosun istefasını tələb edən etirazçı qrupun lideri Karen Petrosyan KİV-lərə bildirib ki, kilsə işçiləri onlara hücum ediblər: "Biz burada katolikos vəzifəsindən imtina edənə qədər qalacağıq".

Hadisə yerinə polis calb olunub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31