Avstraliyada isti havalara görə asfalt əriyib
6 İyul 2018 13:01 DünyaAvstraliyanın Tarzali şəhərində isti havalardan asfalt əriməyə başlayıb.
Sürücülər əriyərək avtomobillərin təkərlərinə yapışan asfalt örtüyünün fotolarını sosial şəbəkələrdə paylaşıblar.
Məmurlar isə baş verənlərə görə hava şəraitini səbəb göstərməyərək məsuliyyəti öz üzərlərinə götürüblər və 50-yə yaxın sürücüyə dəyən zərəri ödəyəcəklərinə söz veriblər.

Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31