Tramp: "Putinlə görüşə ömrüm boyu hazırlaşmışam"
6 İyul 2018 12:37 DünyaABŞ Prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxışında Rusiya Prezidenti Vladimir Putinlə görüşə aparılan hazırlıqlar barədə danışıb.
ABŞ lideri Rusiya ilə yaxşı münasibətlərin yaradılmasının vacibliyini vurğulayaraq, görüşdə uğura nail olunacağına əminliyini ifadə edib.
"Mən hazır olacağammı? Tamamilə hazıram. Bütün ömrüm boyu buna hazırlaşmışam", - Tramp bildirib.
Xatırladaq ki, liderlərin ilk tammiqyaslı görüşü iyulun 16-da Helsinkidə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31