Moskvadan tələb: Nikol Brüsselə niyə gedir?

Rusiya hökuməti Ermənistan Baş naziri Nikol Paşinyanın NATO-nun Brüssel sammitinə qatılmasından qəzəblənib.

Bu iddia ilə "İrates" qəzeti irəli sürüb. Artıq Ermənistan Xarici İşlər Nazirliyinin Moskvaya lazımi açıqlamalar verdiyi bildirilib. Belə ki, cavabda XİN NATO-nun Rusiyaya qarşı əsas iclasına İrəvanın dəvət almadığı deyib, amma bu, yenə də Moskvanı razı salmayıb.

Başqa bir maraqlı məlumatı isə "Jamanak" qəzeti yayıb. Qəzet sentyabrın 8-də Ermənistana ABŞ-dan böyük nümayəndə heyətinin gələcəyini bildirib. Bu nümayəndə heyətinin tərkibində konqresmenlər, senatorlar, eləcə də müxtəlif şirkət rəhbərlərinin olması nəzərdə tutulub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31