Tramp Merkeli tənqid etdi: Rusiya qazına görə

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli kəskin tənqid atəşinə tutub.

Amerikalı lider kansleri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmamaqda ittiham edir.

Montanada keçirilən mitinq zamanı çıxışında D.Tramp bildirib ki, Almaniya Aİ-nin ən böyük ölkəsi olduğu halda büdcədə müdafiə xərclərinnə az pay ayırıb ki, bu qəbuledilməzdir.

D.Tramp daha sonra əlavə edib: "Sonra onlar gedir neft və qaza görə Rusiyaya milyardlarla dollar ödəyirlər, biz isə (yəni ABŞ) axmaq kimi qalan xərcləri ödəməliyik".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31