Pompeo Kim Çen Inla danışıqlarda iştirak etmək üçün Pxenyana gəlib
6 İyul 2018 11:36 DünyaABŞ dövlət katibi Mayk Pompeo KXDR denuklearizasiyasına dair danışıqlar aparmaq üçün Pxenyana gəlib.
Nümayəndə heyətinin tərkibinə ABŞ-ın Filippindəki səfiri Son Kim, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Koreya İşləri üzrə Mərkəzin rəhbəri Endryu Kim, Ağ evin Milli Təhlükəsizlik Şurasının Koreya yarımadası işləri üzrə müşaviri Ellison Huker, ABŞ müdafiə nazirinin Asiya-Sakit Okean regionunda təhlükəsizlik üzrə köməkçisi Rendall Şrayver daxildir.
Səfər zamanı KXDR lideri Kim Çen In və ölkə rəhbərliyinin bir sıra nümayəndələri ilə görüşlər planlaşdırılır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31