ABŞ-a qonşusu da arxa çevirdi: "Boykot edilsin!"
6 İyul 2018 11:31 DünyaKanada xalqının böyük əksəriyyəti ABŞ-ın məhsulları və şirkətlərini boykot etməyin tərəfdarıdr.
Nanos Araşdırma Şirkətinin apardığı sorğuya əsasən, ABŞ-ın alüminiuma əlavə gömrük vergiləri tətbiq etdikdən sonra xalq qonşusuna qarşı münasibətini dəyişib.
Bir çox kanadalı ABŞ-ın məhsullarını boykot etməklə yanaşı, bu ölkəyə səyahət etməkdən də imtina etməyi dəstəkləyib. Sorğuda iştirak edənlərin 73 faizi heç vaxt ABŞ-a səyahət etməyəcəyini, 72 faiz isə ABŞ-ın məhsullarından imtina etməli olduqlarını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31