Prezidentin kürəkəni güllələndi

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Bu barədə "İmedi" televiziyası məlumat yayıb. Televiziya Qoqoçurinin ayağından 3 güllə yarası alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, Qoqoçuri Marqvelaşvilinin birinci evliliyindən olan qızının əridir. Bu ona qarşı ilk hücum deyil. Ona 2017-ci ilin yanvarında Tiflisdə hücum edilmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31