Gürcüstandan kritik sammit öncəsi qərar
6 İyul 2018 11:28 DünyaGürcüstan Prezidenti Georgi Marqvelaşvili Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə məlumat şuranın Feysbuk səhifəsində yer alıb. İclasda yeni Baş nazir Mamuka Baxtadzenin də iştirakı nəzərdə tutulub. Şuranın iclasında NATO sammitinə hazırlıq, müdafiə sferasındakı reformların müzakirəsi gözlənilir.
Xarici İşlər naziri David Zalkaliani, Müdafiə naziri Levon İzoriya, Baş Qərargah rəisi Vladimir Çaçibaya da iclasda xüsusi hesabatla çıxış edəcək.
Qeyd edək ki, NATO-nun Brüssel sammiti iyulun 11-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31