Avropa ABŞ-ın “gömrük zərbəsinə” hazırlaşır

Avropa Birliyi xarici ölkələrdən alyans ərazisinə polad idxalına qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar qəbul edib.

Qərarın ABŞ-da istehsal edilən polada qarşı yönəlmədiyi bildirilib. Belə ki, AB bununla ABŞ-ın yeni gömrük rüsumları tətbiqindən sonra birlik ərazisinə idxalın artmasının qarşısını almağı planlaşdırıb:

"AB polad idxalını əvvəlki səviyyədə saxlamaq istəyir. Brüssel ABŞ kimi böyük bazardan məhrum olan istehsalçıların çıxış yolu kimi AB-ni görəcəklərindən qorxur. Brüssel polad tədarükünə kvotanı əvvəlki illərin statistikasına əsasən müəyyən edəcək".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31