Pentaqondan İranın Hörmüz hədəsinə cavab: “Savaş ola bilər”
Rəsmi Tehranın Hörmüz boğazını bağlama hədəsinə Pentaqon hərbi gücdən istifadə ilə cavab verib.
5 İyul 2018 18:15 DünyaRəsmi Tehranın Hörmüz boğazını bağlama hədəsinə Pentaqon hərbi gücdən istifadə ilə cavab verib.
Pentaqonun mətbuat katibi Bill Urban İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri İsmayıl Kövsərin açıqlamasını şərh edib. İranlı general neft ticarətinə embarqo tətbiq ediləcəyi təqdirdə Hörmüz boğazını bağlayacaqlarını bildirib.
Urban deyib: "ABŞ hərbi dəniz qüvvələri və regiondakı müttəfiqləri beynəlxalq hüququn sərbəst ticarətə icazə verdiyi hər yerdə azadlığı qorumağa hazırdır".
Bu isə analitiklər tərəfindən savaş hədəsi kimi qiymətləndirilib.
"Ölkə.Az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31