Rusiyada fövqəladə vəziyyət elan edildi
5 İyul 2018 17:46 DünyaRusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur.
Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb.
Qeyd olunur ki, fövqəladə vəziyyət bütün respublika ərazisində iyulun 5-dən başlayaraq qeyri-müəyyən müddətə elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31