Şimali Koreya həlak olan 500 türk əsgərinin cənazəsini Türkiyəyə göndərəcək

Şimali Koreya aparılan son danışıqlar nəticəsində 1950-53 illərində Koreya müharibəsində həlak olan 500 türk əsgərinin cənazəsini Türkiyəyə göndərəcək. Türkiyə Seul Səfiri Ersin Erçin bir həftə şəhid düşən əsgərlərin cənazələrinin geri gətirilməsi istiqamətində danışıqlar apardığını bildiirb. Səfir şəhid olan əsgərlərin yaxınlarından DNA örnəklərinin alınacağını və şəhidlərin dəfn olduğu yerlərin dəqiq müəyyən edilməsindən sonra naaşların geri gətirilmə çalışmalarının başladılacağını bildirib. Səfir bölgədə başqa ölkələrində həlak olan əsgərlərinin qəbirlərinin mövcud olduğunu nəzərə alaraq bu prosessin bir az uzun çəkə biləcəyini vurğulayıb.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31