Serj Sarqsyanın qardaşı oğlu qətlə cəhddə şübhəli bilinir

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Hayk Sarqsyan qətlə cəhddə şübhəli bilinir.

Məlumatı ölkə İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Hayk Qevondyan Yerevan sakini David Simonyana odlu silahdan atəş açaraq onu yaralamqda ittiham olunur. Hadisə 2007-ci il aprelin 1-də baş verib. Həmin gün David Simonyan odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə bağlı xəstəxanaya yerləşdirilib. Ancaq istintaqın gedişində məlum olub ki, Simonyanı A.Qevondyan deyil, Serj Sarqsyanın 1984-cü il təvəllüdlü qardaşı oğlu Hayk öldürmək istəyib. Onun iştirakı ilə istintaq tədbiri, o cümlədən üzləşmə keçirilib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31