İran neftin başqa malla barterinə başlayır
İran parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb.
5 İyul 2018 15:19 Dünyaİran parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb.
Bunu jurnalistlərə açıqlamasında İran parlamentinin deputatı Əsədulla Karexani deyib. Onun sözlərinə görə, bu addım İrana ABŞ sanksiyalarının öhdəsindən gəlməyə imkan verəcək:
"İran nefti müəyyən məhsullar qarşılığında veriləcək ki, bu da ABŞ-ın İranın neft ixracının azaldılmasının qarşısını alacaq. Biz bank problemləri ucbatından dollar və avrodan istifadə edə bilmərik. Ona görə də Hindistan, Çin və Cənubi Koreya kimi neft idxal edən ölkələrdən məhsul idxalını həyata keçirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31