"Whatsapp"dan yeni layihə

"Whatsapp" sosial şəbəkəsi yanlış məlumatların yayılması ilə mübarizə məqsədilə layihəyə start verəcək.

"Whatsapp" sosial şəbəkəsi yanlış məlumatların yayılması ilə mübarizə məqsədilə layihəyə start verəcək.

"Whatsapp tədqiqat mükafatları" adlanan layihə yalan informasiyalarla bağlı tədqiqat aparanlara 50 min dollara qədər mükafat verməyi nəzərdə tutur. Çox pilləli layihədə ilk olaraq texnologiyanın cəmiyyətə təsirinə işıq tutanlar mükafatlandırılacaq.

Qeyd edək ki, 180 ölkədə 1,5 milyard istifadəçiyə sahib olan sosial şəbəkə dünyanın ən populyar mesajlaşma tətbiqetməsidir. Bu fakt, "Whatsapp"ı yalan xəbərlərin yayılma ünvanlarından birinə çevirir. 

Layihə, həmçinin yanlış informasiyaların təsir dövrünü, seçkilərlə əlaqədar məlumatlar, qısa müddətdə yayılan paylaşımların xarakteristikası və s. mövzuların araşdırılmasını da nəzərdə tutur.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31