Tramp Merkeli Brüsseldə bu cür təhdid edəcək

Berlin hərbi büdcəsini artırmayacağı halda ABŞ NATO-nun Brüssel sammitində Almaniyanı təhdid edə bilər.

Berlin hərbi büdcəsini artırmayacağı halda ABŞ NATO-nun Brüssel sammitində Almaniyanı təhdid edə bilər.

Bu barədə informasiyanı "RİA Novosti" agentliyi yayıb.

"Tramp müttəfiqlərindən hərbi büdcələrini 2020-ci ilə qədər ümumdaxili məhsullarının 2%-nə qədər artırmağı tələb edir. Berlin müdafiə xərclərini artırmaqdan imtina edəcəyi halda ABŞ Berlini Almaniyadan 35 minlik ABŞ kontingentini çıxaracağı ilə hədələyəcək", - deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, bundan öncə Almaniya kansleri yalnız yaxın 10 il ərzində ölkənin müdafiə xərclərini ÜDM-nin 2%-nə çatdıracağını bildirib.

Hazırda Avropada 60 min ABŞ hərbçisi xidmət keçir. Onlar əsasən Almaniya, Niderland, Belçika, Lüksemburq və İtaliyada yerləşdiriliblər.

NATO-nun Brüssel sammiti iyulun 11-də baş tutacaq.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31