Leysan yağışı 14 nəfərin həyatına son qoyub
5 İyul 2018 12:37 DünyaPakistanın şimal rayonlarında baş verən leysan yağışı nəticəsində ən azı 14 nəfər ölüb, 19 nəfər yaralanıb.
Təbii Fəlakətin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarə (NDMA) xəbər verir ki, təbii fəlakətdən daha çox Pəncab əyaləti ziyan çəkib, burada ölənlərin sayı 12 nəfərə çatıb, daha 17 nəfər yaralanıb.
Bundan başqa, 2 nəfər Hayber-Pahtunhva əyalətində həlak olub.
Bildirilir ki, əksər hallarda yığılmış suyun ağırlığına dözməyən yaşayış evlərinin damının uçması, həmçinin ağacların və elektrik dirəklərinin aşması insan tələfatına səbəb olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31