Qvatemalada Fueqo vulkanının püskürməsi zamanı itkin düşənlərin sayı 332 nəfərə çatıb.
Bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Daha əvvəl təbii hadisə zamanı 197 nəfərin itkin düşdüyü bildirilirdi. Qvatemalada Fueqo vulkanı iyunun 4-də püskürüb. Təbii hadisə nəticəsində 100-dən çox insan həlak olub.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31