Tramp mümkünsüzü bacardı: Dostlar ABŞ-a qarşı birləşir
5 İyul 2018 11:56 DünyaABŞ Prezidenti Donald Trampın digər ölkələrə etdiyi hədələr, sanksiyalar, əlavə vergilər və diplomatik təzyiqlər "ABŞ-ı yenidən böyük güc etmək" strategiyasını zədələyib.
Bunu "Krimson Alter" blogeri İvan Danilov bildirib.
"Trampın qlobal ticarət müharibəsində Çin və Avropa Birliyini əsas düşmən kimi görməsindən sonra Asiya Sakit okean bölgəsindəki müttəfiqlərə də növbə çatıb. Müttəfiqlər Amerikaya qarşı iqtisadi koalisiyaya qoşulmağa başlayıb. Hətta qeyd edilir ki, Tramp imkansızı da bacardı. Belə ki, Pekin, Tokio və Dehli Vaşinqtona qarşı birləşir. Mövcud Vaşinqton administrasiyası dostlarını itirir və yeni düşmənlər qazanır və bunun sonu yaxşı olmayacaq", - Danilov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31