SEPAH-dan şok: "Hörmüz boğazını bağlayacağıq"

İran İslam İnqilabı Keşikçiləri Korpusu digər ölkələrin neft daşımalarına mane olmaq üçün Hörmüz boğazını bağlamağa hazırdır.

Bunu İran mətbuatına açıqlamasında SEPAH komandanının müavini İsmayıl Kusari deyib.

"Əgər İran neftinin ixracı dayandırılsa, biz digər ölkələrin də Hörmüz boğazından neft daşımasına izn verməyəcəyik. Bu ərazidən dünya neftinin 20%-i, Fars körfəzində hasil edilən neftin hamısı daşınır. Dünyanın bu neftə ehtiyacı var. ABŞ özünün düşmənçilik fəaliyyətinə görə ağır bədəl ödəyəcək", - o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31