Senator: "Türkiyə Suriyada bataqlığa girəcək"
5 İyul 2018 11:25 DünyaTürkiyənin Suriyaya müdaxiləsi dərinləşsə, Ankara bataqlığa düşəcək.
Bunu "Röyter" agentliyinə açıqlamasında ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Lindsi Qraham deyib. Onun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyada mövcudluğunu dəstəkləməlidir.
Qeyd edək ki, Qraham bundan öncə Türkiyəyə səfər edib. O, səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31