Rusiyanın Yerevandakı səfiri Gümrüdəki hərbi bazada olub

Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin və Ermənistanda fəaliyyət göstərən rusiyalı digər diplomatlar Gümrüdəki 102 saylı hərbi bazada olublar.

Diplomatlar Rusiyanın Gümrüdəki hərbi bazasının komandir heyəti, Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəisinin nümayəndələri və başqaları ilə görüşüblər. 

Məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

"Sputnik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31