İrəvan çəlimsizləri orduya çağırır – Yeni qanun
4 İyul 2018 18:28 DünyaErmənistan orduya çağırılan şəxslərin minimum çəkisini 43 kiloqrama endirib.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Səfərbərliyin Təşkili İdarəsinin rəisi Kamo Koçunts deyib. Onun sözlərinə görə, bu qərar apreldə hökumət tərəfindən qəbul edilib.
"Bu qərarla sağlığında müəyyən problemləri olan insanlar yüngülləşdirilmiş qrafik əsasında xidmət edəcəklər. Bu kateqoriyadan olan hərbçilər üçün xüsusi xidmət yerləri yaradılacaq", - Koçunts bildirib..
Qeyd edək ki, erməni ordusunun son illər şəxsi heyətlə bağlı problemləri artıb. İrəvan çıxış yollarından biri kimi təmas xəttində xidmətə Daxili Qoşunların cəlbinə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31