Ərdoğana qarşı yaradılan ittifaq dağıldı

Türkiyədə 24 iyun seçkiləri ərəfəsində yaradılan Millət İttifaqı dağılıb.

Bu barədə İYİ Partiyasının sözçüsü Aytun Çıray danışıb.

"Millət İttifaqı seçki üçün qurulmuşdu. Seçkilərin başa çatması ilə bu ittifaqa da ehtiyac qalmamışdır", - Çıray bildirib.

Xatırladaq ki, Millət İttifaqında CHP, İYİ Partiyası, SP və DP təmsil olunurdu.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31