Paşinyan Sarkisyanı aradan götürmək istəyir

Ermənistan prezidenti Armen Sarkisyan, güman ki, konstitusiyanın tələblərinə uyğun olaraq 7 il bu postda qala bilməyəcək. 

Bununla bağlı "Past" qəzeti məlumat yayıb. 

"Bizdə olan məlumata görə, baş nazir Nikol Paşinyan bu posta da öz adamını qoymaq istəyir. Paşinyan heç vaxt Serj Sarkisyan tərəfindən namizədliyi irəli sürülmüş şəxsin prezident olması ilə barışmayacaq", - nəşr bildirib. 

Qəzetin istinad verdiyi mənbənin sözlərinə görə, hazırda Armen Sarkisyanın növbədənkənar parlament seçkilərindən sonra istefası və növbəti prezidentin yeni parlament tərəfindən seçilməsi üçün danışıqlar gedir. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31