Millət vəkili parlamentə "Lamborghini" ilə gəldi

Türkiyə Ədalət və İnkişaf Partiyasının Sakaryadan seçilən millət vəkili, sabiq idmançı Kənan Soğuoğlu parlamentə lüks avtomobili ilə gəlib.

Prezident Rəcəb Tayyib Ərdoğanın təkidi ilə idman karyerasına son qoyan K.Sofuoğlu "Lamborghini" markalı avtomobili ilə bütün diqqətləri üzərinə çəkib.

O, millət vəkilliyinə sənədləşdirmə işlərini tamamlamaq üçün ilk dəfə Türkiyə Böyük Millət Məclisinə gəlib.

Qeyd edək ki, Kənan Sofuoğlunun avtomobilinin Türkiyədə satış qiyməti 5 milyon tl-dir (təxminən, 1 819 000 manat).

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31