Lavrovdan İrana xüsusi dəstək
4 İyul 2018 17:01 Dünyaİranın Suriyadan gedəcəyini gözləmək qeyri-realdır.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İran Yaxın Şərqdə oynadığı roldan imtina etməyəcək:
"İranın Suriyadan gedib, öz sərhədləri çərçivəsində qalması nəticəsində rifah olacağını düşünürlər. Aydındır ki, bu qeyri-realdır. Yaxın Şərqi İran, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və digər bir çox ölkənin iştirakı olmadan həll etmək mümkün olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31