Netanyahu Putinlə görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək.
4 İyul 2018 16:00 Dünyaİsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Kremldə görüş üçün hazırlıqlar gedir: "Netanyahu ilə görüş planlaşdırılır".
Qeyd edək ki, bundan öncə İsrailin Rusiyadakı səfirliyi çərşənbə günü, 11 iyulda Netanyahunun Moskvaya səfər edəcəyi və orada Putinlə görüş keçirəcəyi barədə məlumat yayıb.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31