Sərkisyanın qardaşının evində axtarış aparılır
4 İyul 2018 15:48 DünyaErmənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın evində axtarışa başlayıb.
Bu barədə məlumatı "Nyus.am" yayıb.
Qeyd edək ki, Aleksandr Sərkisyan bundan öncə qanunsuz silah saxlanılmasına görə məsuliyyətə cəlb edilib. Sonradan onun silahının qanuni olduğu üzə çıxıb.
Serj Sərkisyanın digər qardaşı Levon Sərkisyan isə qızı və oğlu ilə bərabər cinayət məsuliyyətinə cəlb edilib. Onların ölkəni tərk etməsinə qadağa qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31