Obamanın irqi müxtəliflik tələbi rədd edilir

ABŞ-da irqi müxtəliflik təcrübəsi ləğv oluna bilər.

ABŞ-da irqi müxtəliflik təcrübəsi sabiq prezident Barak Obamanın tələbi ilə tətbiq edilirdi. Bu təcrübəyə uyğun olaraq, Amerikadakı universitet və məktəblərə qəbulda həmin təhsil müəssisələrinin rəhbərlərinə müxtəlif irqi təmsil edən tələbə və şagirdləri qəbul etmək məsləhət görülür. 

Lakin bildirilir ki, ötən ilin noyabrında ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Harvardda baş verən qalmaqal bu təcrübənin ləğvinə gətirə bilər. 

Qeyd edək ki, həmin vaxt Harvardda təhsil alan bir sıra tələbə universitet rəhbərliyini Asiya mənşəli əcnəbi tələbələrə qarşı həddindən artıq sərt tələblər irəli sürməkdə ittiham etmişdilər. Bununla da, universitet rəhbərliyi başqa irqlərdən olan tələbələrin sayının azalmasına nail olmağa çalışırdı.


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31