Aktyordan 3 nəfər şikayətçidir - Təcavüz qalmaqalı
4 İyul 2018 14:18 Dünya"Oskar" mükafatçısı Kevin Speysi haqqında üç yeni təcavüz iddiası ortaya atılıb. 3 nəfər aktyorun seksual xarakterli hərəkətlər etdiyini bildirib.
London Uşaq İstismarı və Cinsi Günahlar Mərkəzi sözügedən ittihamları nəzərə alaraq araşdırma aparıb. Həmin şəxslərdən biri "Old Vic" teatrında, digəri isə 2013-cü ildə Gloucesterdə cinsi istismara məruz qaldığını bildirib.
Sonuncu şikayətçi isə olayın 1996-cı ilə baş verdiyini qeyd edib.
Qeyd edək ki, şikayətçi olan hər üç şəxs kişidir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31