Ermənistanda ölən hərbçilərin qardaş və uşaqları xidmətdən azad edilirlər

Ermənistanda ölən hərbçilərin qardaşları və uşaqları orduda xidmətdən azad edilirlər.

Qanuna dəyişikliklə bağlı layihə hökumətin bugünkü iclasında təsdiqlənib. Əgər həmin şəxslər ailənin yeganə oğullarıdırsa, o zaman xidmətdən azad edilmələri təklif edilib. 

Qeyd edək ki, bu qayda Ermənistanda 1991-ci ilin dekabrından tətbiq olunsa da, sonradan ləğv edilmişdi. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31