“Türk Herakl”ın məzarı açılır – Səbəb

Əfsanəvi türkiyəli atlet, üçqat olimpiya çempionu Naim Süleymanoğlunun bu gün məzarı açılacaq.

Məzarın açılması üçün hazırlıqlar başladılıb, polis məzarın ətrafını mühasirəyə alıb.

Məzarın açılması məhkəmə qərarı əsasında keçirilir. Belə ki, Süleymanoğlunun yapon qadın Kyoko Moridən olan qızı atalıq iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə atalığın müəyyən edilməsi məqsədilə Süleymanoğlunun cənazəsindən DNT nümunəsi götürülməsi barədə qərar çıxarıb.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31