Çində Trampı tənqid etmək qadağan olundu
4 İyul 2018 13:32 DünyaÇində kütləvi informasiya vasitələrinə ABŞ Prezidenti Donald Trampı kəskin tənqid etməmək tapşırılıb.
Bu barədə KİV-lərə Çin hökumətinin təlimatı ünvanlanıb.
Qeyd olunur ki, mətbuat orqanlarına ABŞ-la Çin arasında başlamış "ticarət müharibəsi" barədə şərhlər vermək və D.Trampın "sərt fikirlərini" yaymaq da qadağan edilib.
Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Çindən olunan idxala rüsumların 25 faiz artırılması barədə qərar vermişdi. Bu addım iki ölkə arasında "ticarət müharibəsi"nin başlanğıcı hesab olunmuşdu.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31