Maykl Pompeo və Sergey Lavrov prezidentlərin zirvə toplantısınadək görüşməyəcəklər

"ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə prezidentlərinin zirvə toplantısınadək görüşməmək niyyətindədirlər".

 "ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə prezidentlərinin zirvə toplantısınadək görüşməmək niyyətindədirlər".

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Nauret ənənəvi brifinqdə bildirib.

"Ən azından belə bir görüş hazırda planlaşdırılmır", - o vurğulayıb.

Bir müddət əvvəl M.Pompeo və S.Lavorvun Suriya və Koreya yarımadasındakı vəziyyəti müzakirə etdikləri barədə məlumat yayılmışdı.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31