İvanişvili casusu ordunun içinə buraxır
4 İyul 2018 12:48 DünyaRusiya Milli Təhlükəsizlik Şurası ordu bölmələrinin müxtəlif sursatlarla təchizi üçün təşkil edilən tenderə Pyotr Devrişadzenin şirkətinin buraxılması məsələsini müzakirəyə çıxaracaq.
Bu barədə informasiyanı Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili yayıb. Rakviaşvili şuranın iclasının NATO-nun Brüssel sammitindən az öncə keçiriləcəyini bildirib.
Qeyd edək ki, Devrişadze 8 il öncə Gürcüstan xüsusi xidmət orqanlarının keçirdiyi "Ənvər" əməliyyatı zamanı 12 nəfər tərəfdaşı ilə birgə həbs edilib. Devrişadze sonradan Saakaşvili hakimiyyəti tərəfindən "Rusiya casusu" kimi tanınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31