SON DƏQİQƏ! İstanbulda tekstil fabriki yanır

İstanbulda tekstil fabriklərinin birində yanğın baş verib. Yanğın Hamidköy rayonunda yerləşən müəssisədə qeydə alınıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının lokallaşdırılması üçün iş aparılır.

Yanğının səbəbləri barədə məlumat verilmir.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31